Bakı. Trend:
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikincimərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat bu gün saat23:59-dək uzadılıb.
Trend xəbər verir ki, bubarədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlərşəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməkləDİM-in müvafiq internet səhifəsinə(https://eservices.dim.gov.az/erizebak/cehd2/) daxil olaraq yenidənimtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdankeçirlər və müvafiq qaydada ödəniş (ödəniləcək məbləğ barədə sistemtərəfindən avtomatik olaraq istifadəçiyə məlumat verilir)edirlər.