AZ

Pentaqon hipersəs yarışına qayıdır - "ARRW" proqramı bərpa olunur

BAKI, 9 iyun. TELEQRAF

ABŞ Hərbi Hava Qüvvələri dayandırılmış "AGM-183A ARRW" hipersəsli raket proqramını yenidən aktivləşdirir.

Teleqraf xəbər verir ki, bu barədə “Defense One” nəşri məlumat yayıb.

2018-ci ilin avqustunda böyük ümidlərlə başladılan "ARRW" proqramı sınaqlar zamanı qeyri-sabit nəticələr göstərdiyinə görə 2023-cü ildə dayandırılmışdı. Lakin hipersəs texnologiyalarının strateji əhəmiyyəti və rəqib dövlətlərin bu sahədəki irəliləyişi fonunda proqram yenidən gündəmə gətirilib.

Hərbi Hava Qüvvələrinin sözçüsü David Allwine bildirib ki, "ARRW" bu qüvvələr üçün hazırlanmış iki əsas hipersəs silahından biridir.

"AGM-183A" tipli bu raket raket gücləndiricisi vasitəsilə yüksək hündürlüyə qalxaraq, təxminən "Mach 5" (səs sürətinin beş misli) sürətlə hədəfə doğru hərəkət edir. Raketin uçuş zamanı manevr edə bilməsi onu radar və müdafiə sistemləri üçün çətin hədəfə çevirir.

Proqramın bərpası ABŞ-nin hipersəs yarışında geri qalmamaq istəyinin göstəricisi kimi qiymətləndirilir. Ekspertlər bu addımı həm texnoloji inkişafın davamı, həm də strateji balansın qorunması baxımından mühüm addım kimi dəyərləndirirlər.

Seçilən
316
5
teleqraf.com

10Mənbələr