Fransanın avtomobil nəhəngi Renault Ukraynada yerli müdafiə şirkəti ilə birgə pilotsuz uçuş aparatların (PUA) istehsalına başlayır. Məlumata görə, riskləri minimuma endirmək üçün istehsal cəbhə xəttindən onlarla, yüzlərlə kilometr aralıda təşkil olunacaq. Fransanın müdafiə naziri Lekornıvurğulamışdır ki, pilotsuz təyyarələrin hazırlanması və istifadəsi sahəsində mühüm təcrübəyə malik ukraynalı mütəxəssislər fransalı işçilərin Ukraynaya göndərilməsi zərurətini aradan qaldıraraq, işin böyük hissəsini öz üzərlərinə götürəcəklər.
Surxay Əliyev