"Rolan Qarros" turniri başa çatıb.

Offsideplus.az xəbər verir ki, kişilərin mübarizəsində final görüşü möhtəşəm alınıb. Yannik Sinner ilk iki setdə Karlos Alkarasdan üstün olub - 6:4, 7:6 (4).

Lakin Alkaras matçda geridönüş etməyi bacarıb. O, növbəti 3 seti qazanaraq çempionluğu əldə edib - 6:4, 7:6 (3), 7:6 (2).

Sinner 4-cü setdə qələbəyə çox yaxın olsa da, 5 dəfə "match point"dən yararlana bilməyib.

Alkaras burada ardıcıl 2-ci çempionluğunu qazanıb. O, ümumilikdə 5-ci "Böyük Dəbilqə"sini qazanıb.

Onu da əlavə edək ki, 5 saat 32 dəqiqə davam edən matç tarixin ən uzun "Rolan Qarros" finalı olub.