Gürcüstan millisinin futbolçuları Xviça Kvaratsxeliya və Zuriko Davitaşvili xoşagəlməz hadisə ilə üzləşiblər.
QOL.az "Geo Team"a istinadən xəbər verir ki, hər iki oyunçunun evi qarət olunub.
Onların qızıl-zinət əşyaları, çantaları və saatları oğurlanıb.
Hadisə futbolçular ailələri ilə Kann şəhərində istirahət edərkən baş verib.
Xviça Fransada PSJ-də, Davitaşvili isə "Sent-Etyen"də çıxış edir.
Xatırladaq ki, bir neçə gün əvvəl "Lion"un futbolçusu Aleksandr Lyakazettin evi qarət edilmişdi