AZ

Bu rayonda yollar təmir olunacaq - Pul ayrıldı

Ağstafa Rayon İcra Hakimiyyəti şəhərdə yolların təmiri ilə bağlı tender elan edib.   

News365.az xəbər verir ki, tenderin ümumi dəyəri təxminən 396 min manat (396.929,58 AZN) təşkil edir. 

Təmir işlərinin aparılacağı ərazilər bunlardır:  Şıxəli Qurbanov döngəsi  Mehdi Hüseyn küçəsi  Azər Yusifli küçəsi, döngə 1. 

Qeyd edək ki, Ağstafada yolların təmir edilməsi əhali üçün bir sıra mühüm üstünlüklər yaradacaq. Yolların yenilənməsi nəqliyyat vasitələrinin hərəkətini daha rahat və təhlükəsiz edəcək.

Seçilən
261
3
news365.az

10Mənbələr