AZ

Çexiya Ukraynada döyüşən vətəndaşları geri qaytarır

BAKI, 9 iyun. TELEQRAF

Çexiya xüsusi xidmət orqanları Ukraynadakı döyüşlərdə iştirak etmiş şəxslərin geri qaytarılmasına hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Novinky” portalı məlumat yayıb.

Portalın verdiyi məlumata görə, Çexiya tərəfi yalnız döyüşmüş vətəndaşları ilə maraqlanmır, həmçinin Ukrayna hərbçilərinə dəstək göstərərək, onların yaxınları ilə görüşmək üçün yardım göstərmək niyyətindədir.

Məlumatda qeyd edilir ki, ölkədə Ukrayna münaqişəsinin başa çatmasından sonra potensial təhlükələri qiymətləndirmək məqsədilə işçi qrup yaradılıb. Qayıdan hərbçilərin adaptasiya prosesi zamanı müxtəlif problemlərlə üzləşə biləcəyi də qeyd olunur.

Seçilən
129
18
teleqraf.com

10Mənbələr