AZ

Türkiyəyə olan sevginizlə bizi unutdunuz: İsrail və Yunanıstan niyə narahatdır?

Türkiyənin Pakistan və Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı İsrail və Yunanıstanda narahatlıq yaradıb.

Publika.az xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb.

Xəbərdə Pakistanla əməkdaşlığın İsrail üçün ciddi təhlükə olduğu vurğulanıb:

"Ankara İslamabad administrasiyası ilə müttəfiqliyini daha da dərinləşdirir. Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Cənubi Asiyada təsirini artıraraq iddialı aktora çevrilib. Türkiyənin Pakistanla artan əlaqələri İsrail və onun regiondakı dostları üçün dərin risklər yaradır.

Türkiyə-Pakistan əməkdaşlığı getdikcə güclənir və bu ittifaq Levanta (Şərqi Aralıq dənizi ilə həmsərhəd ölkələr nəzərdə tutulur) çatdı. Qüdsdən Vaşinqtona qədər bütün ölkələrdə həyəcan təbili çalınmalıdır".

Həmçinin, Afina rəhbərliyi də Türkiyənin xüsusilə Avropa İttifaqı (Aİ) daxilindəki təşəbbüslərinin onlar üçün təhlükə olduğunu bildirib. Türkiyənin bu yaxınlarda 150 milyard avroluq Avropa Təhlükəsizlik Fəaliyyətinə (SAFE) daxil edilməsi Yunanıstanın qınaq və sərt bəyanatlarına səbəb olub.

Seçilən
427
50
publika.az

10Mənbələr