Bu gün futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində növbəti görüşlər keçiriləcək.
Arena.az xəbər verir ki, bu gün 3 qrup çərçivəsində daha 6 qarşılaşma baş tutacaq.
İtaliya millisi ilk qələbəsini qazanmaq arzusunda olsa da, Norveç və Çexiya 4-cü dəfə meydandan qalib ayrılmağa çalışacaq.
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi
Qrup mərhələsi, 4-cü tur
9 iyun
I qrupu
22:45. İtaliya – Moldova
22:45. Estoniya – Norveç
Xallar: Norveç – 9. İsrail – 6. Estoniya – 3. İtaliya – 0. Moldova – 0.
J qrupu
18:00. Qazaxıstan – Şimali Makedoniya
22:45. Belçika – Uels
Xallar: Uels – 7. Şimali Makedoniya – 5. Qazaxıstan – 3. Belçika – 1. Lixtenşteyn – 0.
L qrupu
22:45. Xorvatiya – Çexiya
22:45. Farer adaları – Cəbəllüttariq
Xallar: Çexiya – 9. Monteneqro – 6. Xorvatiya – 3. Farer adaları – 0. Cəbəllüttariq – 0.