Azərbaycanın böyük, gənc və yeniyetmə qadın cüdoçulardan ibarət yığmaları Avstriyanın Leybnits şəhərində beynəlxalq təlim-məşq toplanışını başa vurub.
Apasport.az xəbər verir ki, qarşıdakı beynəlxalq turnirlərə hazırlıq məqsədilə baş tutan təlim düşərgəsində idmançılara yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər.
Qeyd edək ki, cüdoçular növbəti təlim-məşq toplanışını iyunun 10-dan 15-dək Xorvatiyanın Poreç şəhərində keçirəcəklər.
Cüdoçularımız Avropa Kubokunda 2 qızıl, 2 bürünc medala sahib çıxıblar
Təmsilçimizdən Avropa Kubokunda bürünc medal
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb
Yığmamız Kodokan Kata Seminarında iştirak ediblər - FOTO
Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər