Rusiya qoşunlarının Ukraynanın Dnepropetrovsk vilayəti istiqamətində apardığı hücum Prezident Vladimir Putinin bəyan etdiyi bufer zonanın yaradılması məqsədinə xidmət edir.
Oxu.Az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov TASS-a açıqlamasında deyib.
“Bəli, bu hücumun məqsədi şübhəsiz ki, həmin bufer zonanın yaradılması ilə bağlıdır”, – deyə Peskov brifinq zamanı jurnalistlərin sualını cavablandırarkən bildirib.