AZ

Ermənistan Fransanın ona nəsə verəcəyini düşünmür -AÇIQLAMA

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 9-10-da Fransanın Nitsa şəhərində ikigünlük işgüzar səfərdə olacaq.
Bu barədə Ermənistan XİN məlumat yayıb.
Məlumata görə, erməni nazir Fransanın xarici işlər nazirinin dəvəti ilə BMT-nin Okean üzrə 3-cü Konfransında iştirak edəcək.
Səfər zamanı ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Politoloq Turan Rzayev Sherg.az-a söyləyib ki, Ararat Mirzoyanın Fransaya səfəri təəccüblü deyil:

"Hazırda Ermənistanın beynəlxalq münasibətlərdə ən önəmli partnyoru Fransadır. Həmçinin İrəvan əsas Qərb inteqrasiya prosesində də bu ölkə ilə əməkdaşlıq edir. Hətta Azərbaycan-Türkiyə və Ermənistan-Fransa münasibətləri bir-birinə bənzəyirlər. Necə ki Bakı-İstanbul birlikdəliyi, ortaq qərarların qəbul edilməsi üçün liderlərin bir araya gəlməsi təbii sayılır, Parislə İrəvan da bu cürdür. Digər tərəfdən sülh danışıqlarının getdiyi bir vaxtda bu səfərin baş tutması diqqət çəkir. Lakin indiki məqamda Ermənistan Fransanın ona nəsə verəcəyini artıq düşünmür. Faktiki olaraq Ermənistan Cənubi Qafqazda əsas güc mənbəyinin Azərbaycan və Türkiyə olduğunun fərqindədir. Xüsusilə ölkəmizin siyasət oyununu yüksək səviyyədə qurduğunu bilir".

Politoloqun fikrincə, rəsmi İrəvan Bakının gündəliyindən kənara çıxacaq vasitələr axtarsa da, buna olan ümidi də azalıb:
"Ermənistan danışıqlar prosesində üstə çıxmaq üçün hər hansı addım ata bilməz. Nəticə etibarilə rəsmi Bakının tələbləri gec-tez qəbul ediləcək".
Seçilən
72
50
sherg.az

10Mənbələr