AZ

Qarpızı nə üçün pendirlə yeməliyik? - Faydaları açıqlandı

İsti yay günlərində sevilən qidalardan biri də qarpız-pendir “cütlüyü”dür.

Azreform.info  xəbər verir ki, bu iki qidanı insanlar dadına görə birlikdə yesə də, çox adam faydasını bilmir.

Türkiyəli diyetoloq Asya Naz Alın sözlərinə görə, yemiş və qarpız kimi şəkər miqdarı yüksək olan meyvələrdə porsiyaya nəzarət edilməlidir.

Diyetoloq bildirib ki, qarpızın yanında bir dilim pendir yemək qan şəkərini tarazlaşdırır. O qeyd edib ki, bu iki qidanı birlikdə yemək həm də insanı uzun müddət tox saxlayır.

Asya Naz Al isti günlərdə bol su içməyin əhəmiyyətinə də diqqət çəkib:

“Yayda orqanizmimiz çox daha tez susuzlaşır. Gündə ən azı 2,5-3 litr su içilməlidir. Su içməkdə çətinlik çəkənlər limon, darçın və ya alma qabığı ilə dadlandıraraq istehlak edə bilər. Həmçinin tərləmə nəticəsində itirilən mineralları əvəz etmək üçün hər gün bir şüşə mineral su içməyi məsləhət görürəm”.

Billurə
 

Seçilən
90
8
azreform.info

10Mənbələr