İyunun 16-17-də Astanada (Qazaxıstan) "Mərkəzi Asiya - Çin" sammiti keçiriləcək.
BAKU.WS-in məlumatına görə, bu barədə "Report"un Qazaxıstan bürosu ölkənin Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Sammit çərçivəsində Qazaxıstan ilə Çin şirkətləri arasında investisiya layihələrinin həyata keçirilməsinə dair sənədlərin imzalanması mümkündür.