AZ

Tanzaniyada yol qəzası nəticəsində azı 28 nəfər həlak olub

Tanzaniyada baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 28 nəfər həyatını itirib, daha 8 nəfər isə xəsarət alıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “The Citizen” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, hadisə yük avtomobilinin idarəetməni itirərək iki minik avtomobilinə çırpılması və daha sonra Mbalizi çayına düşməsi nəticəsində baş verib.

Qeyd olunur ki, qəzanın səbəbi yük maşınının əyləc sistemində yaranan nasazlıq olub.

Seçilən
116
5
nocomment.az

10Mənbələr