AZ

Asryan hindistanlı generalla görüşdü

 

Ermənistan müdafiə nazirinin müavini, Baş Qərargah rəisi Edvard Asryan İrəvanda səfərdə olan general-mayor Samarth Nagarın rəhbərlik etdiyi Hindistan Milli Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Görüş zamanı Ermənistanın müdafiə sahəsində həyata keçirdiyi islahatlar da təqdim olunub.

Bildirilib ki, Hindistan nümayəndə heyəti 9–13 iyun tarixlərində Ermənistanda səfərdədir.

 

Seçilən
96
25
sitat.info

10Mənbələr