AZ

Yaponiyanın “Nikkei” nəşri COP29-un baş danışıqçısı Yalçın Rəfiyevlə müsahibəni dərc edib

Bakı. Trend:

Yaponiyanın nüfuzlu “Nikkei” nəşri COP29-un baş danışıqçısı,xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə müsahibəni dərcedib.

Trend-inməlumatına görə, müsahibədə COP29-un yekununda əldə edilmiş uğurlunəticə olaraq 300 milyard ABŞ dolları məbləğində iqlim maliyyəsiqərarı bir daha xatırladılır və Y.Rəfiyevə istinadən bu qərarınəldə olunması istiqamətində inkişaf etməkdə olan ölkələrinmövqelərinin koordinasiyası prosesində COP29 Sədrliyi ilə yaxındanəməkdaşlıq edən Çinin konstruktiv rol oynadığı vurğulanır.

Məqalədə, həmçinin Beynəlxalq Enerji Agentliyinə istinadənhazırda təmiz enerji sahəsində qlobal investisiyada Çinin payının1/3-ə çatdığı qeyd olunur və Çin tərəfindən 2013-2023-cü illərdətəkcə ASEAN ölkələrinə 2,7 milyard ABŞ dolları məbləğində sərmayəyatırıldığı bildirilir.

Bu xüsusda, Y.Rəfiyev inkişaf etməkdə olan ölkələri səfərbəretmək imkanları ilə yanaşı, Çinin qlobal dekarbonizasiyaprosesindəki liderlik rolunun da onun qlobal iqlim danışıqlarındaqlobal liderlik funksiyasını daşıya biləcəyinə işarə olduğunu qeydedir və ABŞ-ın Paris Sazişindən çıxmaq barədə qərarından sonrabeynəlxalq iqlim danışıqlarında yaranan qlobal liderlik boşluğunudoldurmaq üçün ən yaxşı namizədin də məhz Çin olduğunuvurğulayır.

Nazir müavini inkişaf etmiş dövlətlər tərəfindən isə qlobaliqlim danışıqlarında liderlik rolunu oynamaq üçün ən uyğunnamizədin Birləşmiş Krallıq olduğunu bildirir. Belə ki, BirləşmişKrallıqda yeni Leyboristlər hökumətinin qlobal iqlim fəaliyyətiniprioritet olaraq müəyyən etdiyi və bu istiqamətdə həm ölkədaxilində, həm də beynəlxalq səviyyədə bir fəaliyyət apardığı qeydolunur.

Məqalədə, həmçinin Y.Rəfiyevə istinadən, cari ilin noyabrındaBraziliyanın Belem şəhərində keçiriləcək COP30-un yeni ambisiyalıhədəflər müəyyən edərək dövlətləri COP prosesinə uzaqlaşmağa vadaretməkdən çox, əvvəlki COP-ların nəticələrinin icrasına fokuslanmalıolduğu qeyd edilir.

Məqalədə:
Seçilən
333
50
az.trend.az

10Mənbələr