Türkiyənin ali təhsil müəssisələrində müqavilə əsasında çalışan xarici vətəndaşların sayı məhdudlaşdırılacaq.
Publika.az xəbər verir ki, müqavilə əsasında çalışan xarici vətəndaşların sayının mövcud işçi heyətinin cəmi 2 faizi səviyyəsində olmasına icazə veriləcək.
Bu barədə müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (parlamentin) plenar iclasının gündəliyinə daxil edilib.