AZ

Levandovskidən kapitanlıq nə üçün alınıb?

Polşa millisinin baş məşqçisi Mixal Probej yığmanın futbolçusu Robert Levandovski ilə münasibətindən danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis forvarddan kapitanlıq sarğısını almasının səbəbini izah edib:

“Futbolçular və məşqçilər korpusu ilə çoxsaylı təhlillər apardıq. Qərara gəldim ki, kapitanı dəyişməyin vaxtıdır. Belə qərarlar heç vaxt asan olmur. Amma bilirəm ki, millinin buna ehtiyacı var idi və yığma hər kəsdən üstündür”.

Levandovski kapitanlıq sarğısının alınmasından sonra sosial şəbəkə hesabında paylaşım edərək Probejin yığmada olacağı müddətdə millinin düşərgəsinə qoşulmayacağını bildirib.

Seçilən
42
10
futbolpress.az

10Mənbələr