AZ

Kaliforniya qubernatoru ABŞ Prezidentini məhkəməyə verəcək

Kaliforniya ştatının qubernatoru Qevin Nyusom Tramp Administrasiyasını məhkəməyə verəcək.

Xezerxeber.az-ın məlumatına görə, Qevin Nyusom ABŞ Prezidenti Donald Trampın etiraz aksiyaları ilə bağlı Milli Qvardiyanın əsgərlərini Los-Ancelesə göndərməsinə etiraz olaraq bu addımı atacaq. Demokratlar Partiyasından olan qubernator bu addımı qeyri-leqal, qeyri-əxlaqi və konstitusiya əleyhinə hərəkət adlandırıb. O bildirib ki, Prezident belə bir əmr verməzdən əvvəl ştatın qubernatoru ilə razılşdırmalı idi.

Sonuncu dəfə ABŞ-da Prezident 1965-ci ildə qubernatorun icazəsi olmadan Milli Qvardiyadan istifadə edib.

Seçilən
89
40
xezerxeber.az

10Mənbələr