AZ

“Barselona”da maliyyə problemi var? - Son vəziyyət açıqlandı

“Barselona”nın idman direktoru Deko klubun maliyyə feyr-pley qaydaları ilə bağlı yaşadığı çətinliklər barədə danışıb.

Publika.az xəbər verir ki, portuqaliyalı funksioner klubun maddi baxımdan problem yaşamadığını bildirib:

“Laportanın prezidentliyinin əvvəlində “Barselona” ciddi maliyyə böhranı yaşayırdı. Klub qazandığından çox xərcləyirdi. Zamanla bu vəziyyət düzəldilməli idi. Prezident cəsarətli qərar verdi: “Kamp Nou”nun yenidən qurulması.

Biz 90 minlik stadiondan 50 minlik arenaya keçdik və gəlirlər artıq xeyli azalıb. Hazırda klub “Nike” ilə ən böyük müqavilələrdən birinə sahibdir.

Yenidənqurma prosesi tam sürətlə gedir və bu gün klubun maliyyə ilə bağlı problemi yoxdur. Problem maliyyə feyr-pley qaydalarındadır. Bu qaydalar çox sərtdir.

Əgər sizin əsas heyətinizin əksəriyyəti gənc oyunçulardan ibarətdirsə, bu artıq üstünlükdür. 5-6 futbolçu almaq üçün bazara çıxmağa ehtiyac yoxdur. Bizim artıq rəqabətədavamlı komandamız var. İdeya ondan ibarət idi ki, əksər oyunçularla müqavilələri uzadaq.

Seçilən
111
23
publika.az

10Mənbələr