AZ

Tramp Netanyahu ilə nəyi müzakirə edib? - VİDEO

AzVision.az xəbər verir ki, Ağ Evdə keçirilən brifinqdə bununla bağlı ona ünvanlanan sualın cavabında Donald Tramp belə deyib.

“Bəli, biz çox məsələləri müzakirə etdik və hər şey çox yaxşı, çox rəvan keçdi. Görək bundan nə çıxacaq.Bilirsiniz, biz İranla nəsə etməyə çalışırıq”,- Amerika lideri bildirib.

Ağ Ev rəhbəri, bununla belə, İranla danışıqların çox çətin getdiyini vurğulayıb.

- Biz indi İranla bağlı çox işləyirik. Bu asan deyil. Onlar əla danışıqçılardır.Bəzən çox sərt olurlar - problem budur. Ona görə də biz elə sövdələşməyə çalışırıq ki, dağıntı və ölüm olmasın. Bu barədə Netanyahuya dedim. Ümid edirəm ki, nəticə verəcək. Ancaq nəticə verməyə bilər. Bunu tezliklə öyrənəcəyik”, - ABŞ prezidenti vurğulayıb.

Xamenei:"İcazə gözləyəsi deyilik"
Xatırladaq ki, mayın 23-də ABŞ və İran rəsmiləri Romada nüvə danışıqlarının beşinci raundu keçiriblər. Danışıqlarda vasitəçi, Omanın Xarici İşlər naziri Bədr əl-Busaidi“müəyyən, lakin yekun irəliləyiş olmadığını”açıqlayıb

İyunun 1-də Ağ Ev xüsusi elçi Stiven Uitkoffun Tehrana “ətraflı və məqbul” təklif təqdim etdiyini açıqlayı. “Axios” portalının yazdığına görə, bura uranın məhdud müddət ərzində aşağı səviyyəyə qədər zənginləşdirilməsi imkanları daxildir. Bununla belə, iyunun 7-də Donald Tramp bildirib ki, İran uranı zənginləşdirməməlidir, əks halda“Tehran bunun nəticələri ilə üzləşəcək”.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
46
31
azvision.az

10Mənbələr