AZ

Ulduz futbolçu "Barselona"dan ayrıldı

“Barselona” klubu Kleman Lanqle ilə yollarını ayırıb. Metbuat.az xəbər verir ki, müdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Məlumata görə, futbolçu "Barselona"nın ona ödəməli olduğu 32 milyon avrodan da imtina edib. Futbolçunun klubu da müəyyənləşib. Müdafiəçi icarə əsasında oynadığı “Atletiko Madrid” klubuna transfer olub. “Atletiko Madrid” futbolçu ilə iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, Kleman Lenqle 2018-ci ildə “Barselona”ya transfer olmuşdu.

Seçilən
135
5
metbuat.az

10Mənbələr