AZ

Los-Ancelesdə etirazlar davam edir, Tramp əlavə hərbi qüvvələr göndərir

Kaliforniyada etirazların dördüncü günündə vəziyyət hələ də gərgin olaraq qalır.


APA-nın “BBC” –yə verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp etirazları yatırmaq məqsədilə Los-Anceles bölgəsinə əlavə 2000 Milli Qvardiya əsgəri və 700 Hərbi Dəniz Piyadası hərbçisinin göndərilməsini təsdiqləyib.


Qeyd edək ki, Kaliforniya qubernatoru Qavin Nyusom, Milli Qvardiya qüvvələrinin onun icazəsi olmadan yerləşdirilməsinə görə Tramp administrasiyasını məhkəməyə verib və indi Hərbi Dəniz Piyadalarının göndərilməsinə görə də eyni addımı atmaqla hədələyir.


ABŞ-ın Florida, Boston, Massaçusets və Texas ştatlarında da kütləvi deportasiya və reydlərə qarşı etirazlar başlayıb.

Seçilən
102
50
apa.az

10Mənbələr