Bakı. Trend:
Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində bugün ikinci yoldaşlıq görüşünü keçirəcək.
Trend xəbərverir ki, yığma Macarıstan seçməsi ilə qarşılaşacaq.
“Liv Bona Dea Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat20:00-da başlayacaq.
Matçı belaruslu baş hakim Viktor Şimusikin idarə edəcək.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi milli iyunun7-də Riqada Latviya ilə qolsuz heç-heçə edib.