AZ

Çin səfiri azad olunmuş ərazilərə səfər edəcək

Çinin Azərbaycandakı səfiri Lu Mey yaxın vaxtlarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcək.

Bu barədə onun özü Sivilizasiyalararası Dialoq Gününə həsr olunan brifinqdə açıqlama verib:

"Səfər əsasən bu həftənin istirahət günlərinə nəzərdə tutulub. Mən Kommunist Partiyasının təmsilçisi kimi Şuşada Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunan tədbirdə iştirak edəcəyəm".
Seçilən
127
15
sherg.az

10Mənbələr