Ağdam rayonu Quzanlı qəsəbəsində abadlıq və yaşıllaşdırma işləri üçün 258 min manat vəsait ayrılıb. AzPost-un məlumatına görə, bu tenderin qalibi “Dream Construction Company” MMC olub.
Müvafiq müqavilə Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Quzanlı Ərazi Nümayəndəliyi ilə “Dream Construction Company” MMC arasında bağlanıb. Şirkət, tenderin qalibi olaraq, abadlıq və yaşıllaşdırma işlərini həyata keçirəcək.
Qeyd edək ki, son dövrlərdə Ağdamda keçirilən tenderlərin əksəriyyəti məhz bu şirkətə həvalə edilir.
Şirkət Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, bir çox yerli icra hakimiyyətlərinin tenderlerini udub.
Ağdam, Tovuz, Bərdə, Ağcabədi, Xızı, Yevlax, Naftalan, İsmayıllı, Fizuli və Qəbələ şəhərlərində abadlıq və yol infrastruktur inşaat işləri. Tovuz rayonunda abadlıq işlərinin aparılması, avtomobil yollarının çəkilməsi və infrastruktur layihələri, park və uşaq meydançasının salınmasında iştirak edib.