AZ

Maaşların “Qırmızı Zonası”: Ölkədə ən az əmək haqqı verilən - 10 RAYON

1 aprel 2025-ci il tarixinə olan hesabata görə, Azərbaycanda ölkə üzrə orta aylıq əməkhaqqılarının 1 084 manata çatıb.

FED.az olaraq bu dəfə ölkədə rayon və şəhərlər üzrə əmək haqqının daha aşağı olduğu bölgələri araşdırdıq.

Siyahının son pilləsində ən aşağı göstəricisi ilə Qax rayonu yer alır Burada orta aylıq əmək haqqı 570 manat təşkil edir.

Nisbətən üst pillələrə doğru irəlilədikcə, bir-birinə çox yaxın göstəricilərlə qarşılaşırıq. Sərhəd bölgəsi olan Ağstafa və paytaxta yaxın, lakin seyrək məskunlaşmış Xızı rayonlarının hər ikisində orta maaş 626 manatdır

Bu tendensiya Aran iqtisadi zonasının tipik nümayəndəsi olan Ağdaşda (629 manat), dağlıq və aqrar potensialı ilə tanınan İsmayıllıda (641 manat) və ona qonşu olan Oğuzda da (642 manat) özünü göstərir. 

Cənub bölgəsinin nümayəndələri Masallıda orta aylıq maaş 646 manat və Lerikdə 649 manat,  Qarabağ iqtisadi rayonuna daxiı olan Bərdə 649 manat təşkil edib.

Nəhayət, bu siyahının "zirvəsində" 650 manatlıq göstərici ilə Ağcabədi rayonu qərarlaşıb. Ancaq bu "liderlik" simvolikdir. Çünki bu qrupun ən yüksək göstəricisi belə, ölkə üzrə orta aylıq əmək haqqından (təqribən 1 084 manat) təxminən 40% aşağıdır.

Seçilən
56
27
fed.az

10Mənbələr