AZ

Bu vərdişlər yuxu sağlamlığına TƏHLÜKƏ YARADIR

Ajans.az xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində danışıb. Pinin qeyd etdiyi kimi, oyandıqdan sonra təxminən 30 dəqiqə günəş işığı almaq vacibdir, çünki bu, sirkadiyalı ritmləri tənzimləməyə və gecə yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək, lakin bir çox insanlar bunu etmir. Həmçinin, həkimin fikrincə, gec idman fəaliyyəti yuxusuzluğa səbəb olur. Bundan əlavə, gecə yuxusundan əlavə gün ərzində 20-30 dəqiqədən çox yatsanız, sirkadiyalı ritmlər pozulur. Sonda Pin insanları axşam saatlarında smartfonlarından istifadə etməməyə, həftə içi və həftə sonları arasında yuxu və oyanma cədvəlini dəyişməməyə çağırıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
267
24
Ajans.az

10Mənbələr