AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə iyunun 18-dən 20-dək qitə futbol qurumunun “HatTrick” proqramı çərçivəsində Bakıda D kateqoriyalı məşqçi kursları keçiriləcək.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, kurs 3 günü əhatə edəcək.
Dərslər həm nəzəri, həm də praktiki hissədən ibarət olmaqla qurumun məşqçi kurslarının təlimatçıları tərəfindən AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunacaq.
Azərbaycan millisi macarlara qarşı - YENİLƏNİR
Premyer Liqa klubunda növbəti ayrılıq
Santuş: "Komandamı macarlara qarşı hazırlamışam"
Bəhlul Mustafazadə: "Yaxşı oyunla qalib gəlmək mümkündür"
AFFA-dan azarkeşlərə jest