Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Kahramanmaraşda Azərbaycanın zəlzələdən zərərçəkənlər üçün tikdiyi məhəllənin açılışı olacaq.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə səfiri Birol Akgün məlumat verib.
Səfir qeyd edib ki, açılış mərasimi iyun ayında baş tutacaq, lakin dəqiq tarix hələ bəlli deyil.