AzVision.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, Robert Kennedi peyvəndlər üzrə elmi məsləhət komitəsinin bütün 17 üzvünün fəaliyyətini dayandırıb və onları əvəzləyəcəyini vəd edib.
“Kennedi Səhiyyə naziri vəzifəsinə gələndən bəri komitə qeyri-sabit vəziyyətdədir. Nazirliyin bu ilin fevralında keçirilməsi planlaşdırılan ilk iclası təxirə salınıb”, - məlumatda deyilir.
Robert Kennedi koronavirus pandemiyası zamanı peyvəndlərin kəskin əleyhdarı olub. Kennedi Səhiyyə naziri kimi təsdiqlənərkən, senator Kessidi onun CDC məsləhət komitəsini saxlayıb-saxlamayacağı ilə bağlı narahatlığını bildirmişdi. Senator Kennedinin CDC-nin mövcud peyvənd tövsiyələrini qoruyacağına dair təminat istədiyini açıqlamışdı.
Lakin nazir bu yaxınlarda mütəxəssislərlə məsləhətləşmədən Covid-19 təlimatlarını dəyişdirmək kimi qeyri-adi addım adıb ki, bu da aparıcı həkimlər tərəfindən tənqid atəşinə tutulub.
- Kennedinin qərarı milyonlarla insanın peyvəndlərə çıxışını potensial olaraq kəsməklə ailələri daha az qoruyan bir hərəkətdir”, - CDC-nin keçmiş direktoru Tom Friden vurğulayıb.
Eyni zamanda, Amerika Tibb Assosiasiyasının prezidenti doktor Bryus A. Skott xəbərdarlıq edib ki, Kennedinin hərəkətləri,peyvənd səviyyəsininazalması ilə birlikdə xəstəliyin artmasına kömək edəcək.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta