Bakı. Trend:
Avropanın öz dayanıqlı və bərpaolunan enerjisinin istehsalınabaşlaması vacibdir.
Trend xəbər ki,bunu Avropa İttifaqının Enerji məsələləri üzrə komissarı DanYorgensen Avropa Dayanıqlı Enerji Həftəsinin açılışında nitqləçıxışında deyib.
“Bu yaxınlarda Avropa Rusiyaya açıq-aydın bir siqnal göndərib:biz daha enerjidən bizim əleyhimizə silah qismində istifadəolunmasına yol verən deyilik. Biz daha üzv dövlətlərimizəhədə-qorxu gəlinməsinə imkan verməyəcəyik.
Biz artıq dolayı yolla Kremlin hərbi büdcəsini doldurmayacağıq.Rusiya enerjisindən 100 faiz müstəqillik əldə etməliyik. Bunu isəqaz idxalından imtina etməklə həyata keçirməyi planlaşdırırıq.Artıq bu ilin sonuna qədər biz spot bazarda qaz alışını qadağanetməyi nəzərdə tuturuq.
2027-ci ilin sonuna qədər isə uzunmüddətli müqavilələr üzrə dəalışları dayandırmağı planlaşdırırıq. Enerji baxımından birmənbədən asılı olmaq pis fikirdir, xüsusilə də əgər bu mənbə sizindüşməninizdirsə. Biz təcili tədbirlərin qəbulundan sonra kifayətqədər tez bir zamanda bu cür asılılıqdan imtinanın yeganə doğru yololduğu qənaətinə gəlmişik. Və Avropa İttifaqının çiyin-çiyinəhərəkət etməsi, ortaq səylər sayəsində biz bunu böyük ölçüdəreallaşdıra bildik,"- deyə o bildirib.
Yorqensenin sözlərinə görə, 2022-ci ilin fevralında Avropa kömürtələbatının 51 faizini Rusiyadan alırdı, bu gün isə bu göstərici 0faizdir.
"Biz neftin 27 faizini alırdıq, bu gün — 3 faiz. Qazın isə 45faizini alırdıq, bu gün — 13 faiz. Beləliklə, biz asılılıqdanuzaqlaşa bildik. Və bunu elə bir sürətlə və elə bir formada etdikki, məncə, dünya üzrə başqa heç bir qitə buna qadir olmazdı. Bugenişmiqyaslı bir keçid idi və bu müddət ərzində biz həmvətəndaşlarımızı, həm də şirkətləri nəzərə aldıq. Bu olduqca müsbətməqamdır. Lakin bir neçə dəqiqə əvvəl də dediyim kimi, biz hələ dəRusiyadan çox enerji idxal edirik. Ötən il ərzində orta hesabla həray Rusiyadan 1,8 milyard avro dəyərində enerji idxal etmişik",-deyə komissar bildirib.
Yorqensen enerji təhlükəsizliyinin bu gün ilk növbədə Kremlinmaliyyələşdirilməsinin dayandırılması və asılılıqdan qurtulmaqanlamına gəldiyini vurğulayıb.
"Lakin enerji təhlükəsizliyi — bu, daha geniş anlayışdır. İllikorta hesabla biz 400 milyard avrodan çox dəyərində qalıq yanacağıidxal edirik. Bu isə, aydındır ki, iqtisadi baxımdan davamlı deyilvə əlbəttə, planetimiz üçün zərərlidir. Amma əgər təkcəİttifaqımızın iqtisadi sağlamlığı və gələcək perspektivləribaxımından yanaşsaq belə, aydın olur: biz bu asılılıqdanqurtulmalıyıq.
Hər il yüz milyardlarla avronu enerji almağa xərcləməkdənsə —ki, bu enerjini istifadə etdikdən sonra yenidən almağa məcburoluruq — bəlkə də, daha ağıllı yol öz dayanıqlı və bərpa olunanenerjimizi istehsal etməyə başlamaq olardı", — deyə o əlavəedib.