Fəaliyyət Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHKİB) tərəfindən icra olunan “Ənənəvi dəyərlərin mediada təşviqi” adlı layihə çərçivəsində icra olunacaq. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Layihənin koordinatoru Mədət Məmmədov bildirib ki, yaşadığımız dövrdə ailə institutunun dağılmasına yönəlik proseslər intensivləşib: “Statistik məlumatlara görə, son iki il ərzində boşanmaların sayı 35 % artıb. Digər tərəfdən, yeni ailələrin qurulması kəmiyyətcə azalıb. İndiki templə davam edərsə, növbəti illərdə mövcud ailələrin sayı minimuma enəcək, ailənin bir institutut olaraq sıradan çıxması prosesi sürətlənəcək. Bu tendensiyanın səbəbləri fərqli amillərlə əlaqədardır. Onların sırasında modern ailə anlayışı üzrə bilgilərin məhdud olması faktı da önə çəkilir. Ailə institutunun modernləşməsi mütləqdir. Ailə institutunun qorunub saxlanılması, modern çağırışlara uyğunlaşdırılması, yad təsirlərdən qorunaraq milli dəyərlər üzərində inkişaf etdirilməsi prosesinə dəstək vermək layihənin əsas məqsədidir. Media müstəvisində düzgün maarifləndirmə və məlumatlandırma işi qurmaqla, bu prosesə töhvə vermək mümkündür”.
10Mənbələr
-
avtosfer.azDilənçi qadın gömrüyün maşınını görüb qorxub qaçdı - VİDEO ( 18141499)
-
sia.azDövlət Komitəsində “AMİN könüllüləri” ilə görüş keçirilib ( 18068782)
-
sia.azDövlət Komitəsində “AMİN könüllüləri” ilə görüş keçirilib ( 18068476)
-
demokrat.az“Ənənəvi dəyərlərin mediada təşviqi” mövzusunda tədbirlər keçiriləcək ( 18068344)
-
busaat.az“Ənənəvi dəyərlərin mediada təşviqi” mövzusunda tədbirlər keçiriləcək ( 18068095)
-
veteninfo.az“Ənənəvi dəyərlərin mediada təşviqi” mövzusunda tədbirlər keçiriləcək ( 18068047)
-
demokrat.az“Ənənəvi dəyərlərin mediada təşviqi” mövzusunda tədbirlər keçiriləcək ( 18068041)
-
avtosfer.azBakıda zəncirvari qəza - VİDEO ( 18058879)
-
moderator.azUşaq bağçalarında QORXUNC STATİSTİKA: 48 mindən çox xəstələnmə halı qeydə alınıb ( 18056044)
-
musavat.comUşaq bağçalarında QORXUNC STATİSTİKA ( 18055531)