PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını Fransa yığmasında davam etdirmək istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
Məlumata görə, tərəflər artıq müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlara başlayıblar.
Bu mövsüm 26 yaşlı Donnarumma bütün turnirlərdə 40 oyun keçirib, 39 qol buraxıb və 12 dəfə qapısını toxunulmaz saxlaya bilib.