Avstriyanın Qraz şəhərində məktəbə bıçaqlı hücum olub.
News24.az Kronen Zeitung qəzetinə istinadən xəbər verir ki, hücum nəticəsində azı 5 nəfər həlak olub.
Çoxlu yaralının olduğu bildirilir. Eyni zamanda, yaralananların əksəriyyəti şagird və müəllimlərdir.
Qeyd edək ki, hücumçunun şagird olduğu və onun da öldüyü açıqlanıb.
Avstriya polisi bölgədə əməliyyata başlayıb.
Günel Məlikzadə