Musavat.com xəbər verir ki, Netanyahu çıxışında İranın nüvə proqramında iştirak edən əsas komandir və alimlərin hədəf alındığını bildirib.
"Biz İranın əsas nüvə komandirlərinə və alimlərinə zərbələr endirdik. Bu, İsrailin təhlükəsizliyini təmin etmək üçün atılmış zəruri addımdır. İndi isə bütün israillilər Fövqəladə Hallar Komandanlığının göstərişlərinə maksimum diqqətlə əməl etməlidir," - deyə Netanyahu bildirib.
Baş nazir vətəndaşlara uzun müddət sığınacaqlarda qalmağa hazır olmalarını tövsiyə edib:
"Yüksək ehtimal var ki, siz uzun müddət sığınacaqlarda qalmalı olacaqsınız. Əminəm ki, siz artıq özünüzü ərzaq, geyim və digər zəruri ləvazimatlarla təmin etmisiniz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31