İranın İsrailə hücumları nəticəsində yaralananların sayı 44-ə çatıb.
APA xəbər verir ki, bu haqda İsrailin "Ynet" portalı məlumat yayıb.
***
00:04
İranın İsrailə hücumları nəticəsində 35 nəfər yaralanıb.
APA xəbər verir ki, bu haqda İsrail mətbuatı məlumat yayıb.
Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
***
23:11
İranın İsrailə hücumlarında yaralananlar var.
APA xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Qeyd edilib ki, İranın ballistik raket zərbəsindən sonra Tel-Əvivdə 17 nəfər yaralanıb.
İsrail polisinin məlumatına görə, bir neçə binaya da ziyan dəyib.