Moskva vilayətində azərbaycanlıların çalışdığı bazara silahlı hücum olub.
Bizim.Media xəbər verir ki, insident iyunun 1-də Moskva vilayətinin Şolkovo rayonunun Fryanovo qəsəbəsində baş verib.
Həmyerlilərimizin çalışdığı bazara iki nəfər əlində “Vinçester” markalı odlu silahla daxil olaraq bazarda çalışan azərbaycanlılar daxil olmaqla qeyri-rus millətindən olanları hədələyiblər.
Bazara silahlı hücum və azərbaycanlılar daxil olmaqla bazarda çalışan miqrantların silahla hədələnməsi ətrafdakı obyektlərin müşahidə kamerasında yer alıb.
Bazarda çalışan Fryanovanın yerli sakini Svetlana Məmmədova həmin şəxslərə müqavimət göstərib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta