BAKI, 10 iyun. TELEQRAF
İranın Kəşfiyyat Nazirliyi İsrail sənədlərinin gizli arxivinə daxil olmaq üçün keçirdiyi əməliyyat zamanı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Tehrandan “həssas məlumatları ehtiva edən” məxfi məktubları İsrail kəşfiyyat orqanlarına gizli şəkildə ötürdüyünü aşkar edib.
Teleqraf xəbər verir ki, bu barədə TASS İran mənbələrinə istinadla məlumat yayıb.
“Bu sənədlər açıq şəkildə göstərir ki, AEBA bitərəf rol oynamaq əvəzinə, sionist rejimin (İsrail) maraqlarına xidmət edən alətə çevrilib”, - agentliyin mənbəsi bildirib.
Mənbə həmçinin iddia edib ki, AEBA guya İsrailə sonradan öldürülən İranın nüvə alimlərinin adlarını açıqlayıb.
Agentlik qeyd edib ki, İran Xarici İşlər Nazirliyi AEBA tərəfindən bu kobud pozuntulara cavab olaraq qəti diplomatik addımlar atacaq.