AZ

“Turan” 9 futbolçu ilə yollarını ayırdı

Ajans.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabındakı paylaşımında bildirilib.
Vurğulanıb ki, yeni mövsümün heyət planlamasına start verən “Turan Tovuz” PFK ilə müqavilə müddətləri başa çatan futbolçular - İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevlə yollar ayrılıb.

“Futbolçuların hər birinə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq”, - deyə paylaşımda qeyd edilib.

Seçilən
89
17
Ajans.az

10Mənbələr