"Real Madrid"in futbolçusu Rodriqo ilə bir çox Premyer Liqa klubu yaxından maraqlanır.
Offsideplus.az xəbər verir ki, onu ən çox istəyən klub "Arsenal"dır. London klubunun rəhbərliyi onu bəyənir və braziliyalının komandanın hücumlarını daha yaxşı edəcəyini düşünürlər.
Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Rodriqo 2019-cu ildən "kral klubu"nda çıxış edir. O, başa çatan mövsüm 51 oyunda 14 qol vurub və 10 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə braziliyalının bazar dəyəri 90 milyon avrodur.