AZ

Makron Qəzzaya görə “göz yaşı” tökür – Səbəbi bilindi

Fransa kimi müstəmləkəçi bir ölkənin son zamanlar Fələstinlə bağlı çağırışları diqqət çəkir. Prezident Emmanuel Makron Qəzzadakı vəziyyətə dair sərt çıxışlar edir və baş verənləri kəskin şəkildə qınayır. O, son olaraq Qəzzadakı insani faciəni "skandal" olaraq təsvir edib. Xüsusilə son 100 ildə müstəmləkəçi mövqeyi və separatizmə dəstəyi ilə tanınan Paris hökumətinin "humanizm" açıqlamaları bir çox suallar doğurur. Makron kimi, hər görüşdə Afrika ölkələrinin liderlərini aşağılamağa çalışan və onları vassal olaraq görən bir prezidentin Qəzza ilə bağlı bəyanatları birmənalı qarşılanmır. 

Paris hökumətinin bu çıxışlarla hədəfi nədir? Bu "həssaslıq" nədən qaynaqlanır?

Olaylar.az bildirir ki, Globalinfo.az-a danışan politoloq Natiq Miri qeyd edib ki, Qəzzada faciə yaşanır:

"Bu gün insanlar yalnız konvensional silahlarla öldürülmürlər, həm də aclıq və susuzluqla sınağa çəkilirlər. Bütün yollar bağlanıb və Qəzzaya humanitar yardım göndərilməsi mümkünsüz olub. Təməlində insan hüquqları və demokratiya kimi prinsipləri daşıyan Avropa ölkələri, ən azından bu məsələyə səssiz qalmamalıdırlar. Öz imiclərini qorumaq üçün zaman-zaman belə bəyanatlar vermək məcburiyyətindədirlər".

Natiq

Natiq Miri

Politoloq qeyd edib ki, Fransanın daha aktiv olmasının isə bir sıra səbəbləri var:

"Çünki uzun müddət Suriya, Livan, Fələstin kimi ərazilər Fransanın təsir dairəsində olub. Buna görə də rəsmi Parisin Yaxın Şərqdə geosiyasi maraqları mövcuddur. Bəzi Avropa ölkələri susmuş olsa da, Fransanın belə bir lüksü yoxdur. Bu əraziləri öz təsir dairəsi hesab etdiyi üçün geri çəkilə bilməz. Suriya məsələsi buna yaxşı bir nümunədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
1
olaylar.az

2Mənbələr