AZ

Elçin Məsiyev İngiltərinin oyununa təyinat aldı

FİFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatında Çexiya - İngiltərə matçında referi olacaq. Məsiyevə yan xətt hakimləri qismində Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Simone Sozza yerinə yetirəcək.

VAR alman Sören Storksa, VAR hakiminin köməkçisi isə italiyalı Daniele Çiffiyə həvalə olunub.

Qeyd edək ki, B qrupunun Çexiya - İngiltərə matçı iyunun 12-də keçiriləcək və Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Seçilən
43
3
football-plus.az

4Mənbələr