AZ

Azərbaycanla Almaniya arasında təbii qaz alışı üzrə müqavilə imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Almaniyanın SEFE (Securing Energy for Europe) dövlət enerji şirkəti arasında təbii qaz alışı üzrə 10 illik müqavilə imzalanıb. Sənədə əsasən, qaz həcmləri SOCAR tərəfindən Avropada SEFE-yə təchiz ediləcək.

Azərbaycan Dövlət Neft Şirkətinin məlumatına görə, illik tədarük həcmi mərhələli şəkildə artırılaraq, 15 TWh-a (terevatt–saat), yəni təxminən 1,5 milyard kubmetrə (bcm) çatdırılacaq. Bu əməkdaşlıq hasilat və infrastruktur, o cümlədən qaz kompressorları sahəsində investisiyaları dəstəkləməklə, Avropaya daha çox boru xətti qazının çatdırılmasını təmin edəcək və qitənin enerji təhlükəsizliyinə töhfə verəcək.

Seçilən
22
1
vergiler.az

3Mənbələr