AZ

Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları

Azərbaycan Premyer Liqasında bazar dəyəri ən yüksək olan futbolçular məlum olub.

Publika.az xəbər verir ki, “Transfermarkt” portalı Azərbaycan çempionatında çıxış edən oyunçuların yeni qiymətlərini açıqlayıb.

“Qarabağ”ın legioneri Leandro Andradenin dəyəri 500 min avro artaraq komanda yoldaşı Kadi Borgesə çatıb. Hər iki oyunçunun qiyməti 2,5 milyon avro göstərilib.

"İlk üç"lüyu Ağdam təmsilçisində çıxış edən Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə qapayır – 2 milyon avro. O, 200 min avro artımla bu mövqedəki yerini möhkəmləndirib. Axundzadə həm də Premyer Liqanın ən bahalı yerli futbolçusudur.

Azərbaycan Premyer Liqasının dəyəri isə ümumilikdə 5% artaraq 107,85 milyon avroya çatıb.

Seçilən
64
1
publika.az

2Mənbələr