AZ

Rusiya Ukrayna şəhərlərini bombaladı


Rusiya ordusu Ukraynaya genişmiqyaslı hücumlarını davam etdirir.
Yeniavaz.com
xəbər verir ki, iyunun 10-da gecə yarısından sonra Kiyev və Odessa da daxil olmaqla bir sıra yaşayış məntəqələri raket və dronlarla hücuma məruz qalıb.
Odessa meri Gennadi Truxanovun sözlərinə görə, evə hücum nəticəsində azı iki nəfər ölüb, doqquz nəfər yaralanıb. O bildirib ki, Odessada doğum evinin inzibati binasına ziyan dəyib, lakin vaxtında təxliyə edilib və itki yoxdur.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, paytaxtda azı 4 nəfər xəsarət alıb.
Şəhərdə hava hücumu xəbərdarlığı beş saatdan çox davam edib, bu zaman vətəndaşlardan təhlükəsiz yerlərə sığınmaq tələb olunub.
Seçilən
37
yeniavaz.com

1Mənbələr