AZ

Mətanət Manafın nəvəsinə maşın hədiyyə edib?

Müğənni Mətanət Əsədova "Etiraf" verilişinin qonağı olub.

Publika.az xəbər verir ki, sənətçiyə proqramın aparıcısı "Bir nəfərin nəvəsinin doğum gününə brilyant maşın aparmısınız" sözlərini ünvanlayıb.

M.Əsədova ad çəkmədən həmin şəxsin Manaf Ağayev olduğunu işarə edib:

"Elə məndən inciyən də həmin adamdı. Anlaşılmazlıq olub küsüb, mən isə haqlı səbəbdən ondan küsmüşəm. Mənim könlüm alınmalıdır. Kiminsə könlünü almağa halım yoxdur. Heç kimlə işim yoxdur. Mənə sözü olan nömrəmi bilir. Harada deyirsə, orada görüşək, danışaq. Görək nədir alıb verə bilmədiyimiz. Efirdə danışmaq lazım deyil. Efirdə mənim üçün nəsə deyib, mən də orada cavab verəcəyəm. 40 il dostluq edənlər efirdə dostluq edirdi, dərdini efirdə deyirdi? Niyə orada danışırlar?".

Seçilən
64
5
publika.az

6Mənbələr