AZ

Övladları rus bölməsində oxuyacaq valideynlərin diqqətinə - Yenilik

Rus bölməsi üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və müsahibədə uğur qazanan uşaqlar avtomatik olaraq 1-ci sinfə yerləşdiriləcək. Bu barədə Məktəbəqədər və Ümumtəhsil Dövlət Agentliyindən bildirilib. 

13 iyun 2025-ci il tarixində rus bölməsi üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibədə uğur qazanan uşaqlar avtomatik olaraq 1-ci sinfə yerləşdiriləcək.

17 iyun 2025-ci il saat 11:00-dan etibarən isə tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibədə uğur qazanan uşaqlar üçün məktəb və müəllim seçimi prosesinə start veriləcək.


1 may 2025-ci il tarixində başlayan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirilir və 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

Seçilən
28
4
anews.az

10Mənbələr