“Kəpəz”lə müqaviləsi başa çatan Turan Manafov Cənubi Afrika Respublikasının (CAR) “Stellenbos” klubuna keçir.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin Afrika təmsilçisi ilə müqavilə müddəti 3+2 illikdir. Tərəflər arasında yekun razılıq əldə olunub, tezliklə rəsmi müqavilə imzalanacaq.
“Stellenbos” ötən mövsüm CAR Premyer Liqasında 2-ci yeri tutub.
Manafova Rumınıyadan da təklif gəlib, lakin şərtləri o qədər də ürəkkaçan olmayıb.